Bu ilin yanvar-mart aylarında Azərbaycan 48 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata əsasən, bu, ötən ilin 3 ayı ilə müqayisədə 21,1 milyon ABŞ dolları və yaxud 78,4 % çoxdur.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan 48 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.