“Aqro İnvest və İstehsalat” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir.
Məlumata əsasən, “Aqro İnvest və İstehsalat” MMC-nin vergi borcu 1 331 688,17 manatdır. Bu vergi borcu 08.04.2025-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki, MMC 20 aprel 2015-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2 005 505 manatdır və qanuni təmsilçisi Nemət Tahirov Tahir oğludur.