“Almet” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq 30 iyun 2025-ci il saat 11.30-da “Şüşəplastmas” ASC-nin yerləşdiyi ünvanda (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Bakı Şəhər İcra Hakimyyətinin rəhbərliyi ilə, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən “Almet” ASC-nin yerləşdiyi ərazidə parkın salınması məqsədilə cəmiyyətə məxsus olan bina və qurğuların (balansındakı daşınmaz əmlakın) tamam sükülməsinə aid məsələ.
2. Cəmiyyətin 2024-cü ilin yekunlarının və mühasibat balansının təsdiqi. Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə (050) 2654887 nömrəli telefonla əlaqə saxlayıb və yaxud cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.