ABŞ-ın tanınmış maliyyə xidmətləri həyata keçirən “Freedom Holding Corp.” şirkəti Azərbaycanda da fəaliyyətə keçir.
Eləcə də bax: Azərbaycanda bu sahələrdə biznes quranlar artır – Siyahı
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən törəmə şirkəti olan “Freedom Finance Azerbaijan” MMC dövlət qeydiyyatına alınıb. Şirkət 152 min manat nizamnamə kapitalına sahib olmaqla şirkətin direktoru (qanuni təmsilçisi) Məmmədov Vüsal Rafayil oğludur. V.Məmmədov buna qədər Azərbaycan Beynəlxalq Bankının törəmə investisiya şirkəti olan “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-də çalışırdı.
“Freedom Holding Corp.” (FRHC) – ABŞ – ın Nevada ştatının qanunları əsasında təsis edilmiş publik şirkətdir. Holding Rusiyada, Qazaxıstanda, Ukraynada, Özbəkistanda, Qırğızıstanda, Almaniya və Şimali Kiprdəki törəmə şirkətləri vasitəsilə maliyyə xidmətləri, pərakəndə vasitəçilik əməliyytaları, investisiya sahəsində məsləhət, qiymətli kağızlarla ticarət, investisiya – bank və anderrayting xidmətləri göstərir.
Şirkətdən bildirilir ki, holdingin səhmləri “Nasdaq Capital Market” birjasında, həmçinin Qazaxıstan birjasının (KASE) və Sank-Peterburg Bijasının (SBP Exchange) rəsmi siyahısındadır.
Holdingin broker şirkətləri “Freedom Finance İ.Ş.” MMC (Rusiya) və “Freedom Finance” SC (Qazaxıstan) Standart & Poor`s tərəfindən (qısamüddətli “B”,uzunmüddətli “B-“, proqnoz- “pozitiv”) reytinginə sahibdirlər.
Holding Amerika birjalarında ticarət üzrə ixtisaslaşmışdır, hardakı müştərilər arasında İPO – lar populyarlıq təşkil edir.