“Aqroinnova” MMC nizamnamə kapitalının 360 min manat həcmində azaldığını elan edir.
FED.az xəbər verir ki, kreditorlar öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, Mirvari y/k, A bloku, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Aqroinnova” MMC 2016-cı ildə yaradılıb. Şirkət 2 milyon 492 min 500 manat nizamnamə kapitalına malikdir.
Qanuni təmsilçisi Emil Sultanov Rauf oğludur.