Biznes təkliflər

Sahibkarlar Moskvaya - DƏVƏT OLUNURLAR

Sahibkarlar Moskvaya - DƏVƏT OLUNURLAR | FED.az
12:53 27 Noy 2019

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

FED.az xəbər verir ki, AZPROMO-dan  bildirilib ki, dekabrın 4-5-də Moskvada "Rusiyanın istixana kompleksləri 2019: investisiyalar, yeniliklər və tənzimləmə" adlı IV beynəlxalq investisiya forumu və sərgisi keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Eləcə də bax: Rusiya şirkəti Azərbaycandakı şirkətlərə əməkdaşlıq - TƏKLİF EDİR

Forumda iştirak etməkdə maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər

Digər xəbərlər