Avropa bazarları yeni ilin ilk həftəsini nisbətən yaxşı keçirsə də, Nyu-Yorkda indekslər aşağı düşüb, çünki FED-in şərhləri və ABŞ-ın əmək bazarının gücü göstərdi ki, hökumət inflyasiyanın 2%-lik hədəfə yaxınlaşması üçün bu il monetar sərtləşdirməni davam etdirəcək.
FED.az ilin ilk həftəsində xammal bazarındakı vəziyyətin təqdim edir.
Əmtəə bazarı
Enerji daşıyıcıları:
Neft bazarı Yeni il şənliyindən hələ özünə gəlməyib və ili səhv ayaqla başlayıb. «Brent» və WTI üçün qiymətlər təxminən 7% ucuzlaşıb. Bazarda «döyüş əməliyyatları»nı Reuters agentliyi başlayıb – agentlik bildirir OPEK-in hasilatın azaldılması hədəflərinə baxmayaraq dekabr ayında hasilat artıb.
Məlumata görə, kartel ötən ay gündəlik 29 milyon barel hasil edib ki, bu da noyabr ayı ilə müqayisədə gündə 120 min barel çoxdur. Bu artım əsasən Nigeriyada istehsalın bərpası ilə bağlıdır. Eyni zamanda, operatorlar Çində Covid-19-un sürətlənməsinin nəticələrindən qorxurlar ki, bu da ölkənin yenidən açılmasına baxmayaraq, nəticədə tələbi ağırlaşdıra bilər. Qiymətlərə gəlincə, «Brent» nefti 83,50 ABŞ dolları ətrafında, ABŞ-da isə WTI bir barel üçün 78,40 dollardan satılır.
Avropanın əksər hissəsində qeyri-adi dərəcədə mülayim temperatur təbii qaz qiymətlərinə təsir etməkdə davam edir. Rotterdam TTF 2021-ci ilin noyabrından bəri ən aşağı səviyyə olan 75 EUR/MWh səviyyəsində ticarət edir.
Metallar:
Şanxay Metal Bazarına görə, Çində artan Covid-19 halları sənaye metallarının istehlakına təsir göstərir. Əritmə zavodları və polad istehsalçıları işçi qüvvəsi çatışmazlığı səbəbindən ixtisar edirlər. London Metal Birjasında misin bir tonu 8400 dollar civarında satılır. Qiymətli metallarda qızıl 1850 dollara qədərdir. İstiqraz gəlirlərinin azalması qızılın qiymətini artırıb.
Kənd təsərrüfatı malları:
Çikaqo birjasında buğda və qarğıdalı bir buşel (27 kq) üçün müvafiq olaraq 750 (1 kq 28 sent ) və 657 sentdən (1 kq 24 sentdən) satılır.