Avropa bazarları yeni ilin ilk həftəsini nisbətən yaxşı keçirsə də, Nyu-Yorkda indekslər aşağı düşüb, çünki FED-in şərhləri və ABŞ-ın əmək bazarının gücü göstərdi ki, hökumət inflyasiyanın 2%-lik hədəfə yaxınlaşması üçün bu il monetar sərtləşdirməni davam etdirəcək.
Beləliklə, FED.az xəbər verir ki, birjalarda qeyri-müəyyənlik davam edir, texnologiya şirkətlərinin səhmləri isə təzyiq altındadır.
Həftənin qazananları və itirənləri var
Qazananlar:
«Novokur»un səhmləri 62% bahalaşıb.
Onkoloji laboratoriya elan edib ki, LUNAR adlanan tədqiqatlar göstərib ki, preparatlar ağciyər xərçənginə qarşı lazım olan effektivliyə nail olunub.
«Alibaba»nın səhmləri 18,8% bahalaşıb
Dünya birjalarında Çinin texnoloji şirkətlərinin səhmlərinə maraq artıb. Nyu-Yorkda qeydə alınmış Çin onlayn pərakəndə satışçısı «Alibaba» da bundan faydalanır. Üstəlik Çin «Covid» məhdudiyyətlərini yumşaldıb, İnvestorlar isə dünyanın ikinci ən böyük iqtisadiyyatında canlanmaya ümid edirlər.
«Zalando»nun səhmləri 17,8% bahalaşıb
Avropa onlayn pərakəndə satışı şirkətləri 2022-ci ildə ən çox təzyiq altında olan sektorlardan biri olub. İnvestorlar üçün isə bu yaxşı xəbərlər üçün səbəbdir – onlar ucuz birləşmələrə (şirkətlərin bir-birini almasına) ümid edirlər. Adətən bundan sonra səhmlər sürətli bahalaşır. İstənilən halda bu gözləntilərdən «Autostore», «About You», «Ocado» kimi şirkətlər faydalınıb, «Zalando» isə səhmi ən çox bahalaşan şirkət oldu.
«Ryanair»ın səhmləri 13,6% bahalaşdı
Avropanın biyabırçı dərəcədə ucuz qiymətlər təklif edən şirkəti bu qış yaxşı qazanc gözləyir. Gözləniləndən də yaxşı keçən qış mövsümünün gücü ilə Ryanair cari il üçün mənfəət proqnozunu artırdı. Sektordakı digər yaxşı xəbərlər də - məsələn, «Wizz Air»də güclü sərnişin axını kimi - «Ryanair»a fayda verib.
Uduzanlar:
«Snowflake»nin səhmləri 15,3% ucuzlaşdı
Bu həftə uduzanlar arasında «Snowflake» və ABŞ-ın bir neçə texnoloji şirkətləri var. Çünki FED-in faiz siyasətini proqnozlaşdırmaq çətindir, Wall Street isə belə hallarda səhm artımından qaçır. Bulud xidmətləri göstərən şirkət üçün bu yaxşı qurtara bilməzdi.
«Tesla»nın səhmləri 10,4% ucuzlaşdı
«Tesla» bir-birinin ardınca uğursuzluqlar yaşayır. Şirkət onsuz da Elon Musk tərəfindən «Twitter»in satın alınması ilə artıq zəifləmişdi. Üstəlik, 4-cü rübdə onun satışlar gözləniləndən aşağı olub. Bir tərəfdən də «Tesla» rəqabətin şiddətli olduğu Çin bazarında yeni endirimlər elan edib. Bu isə gəlirlərin azalması deməkdir, və nəticəsi aydındır.
«Constellation Brands»ın səhmləri 9,1% ucuzlaşdı
Amerikanın spirtli içkilər nəhəngi «Constellation Brands» üçüncü maliyyə rübünün nəticələrinin gözləntilərdən aşağı düşməsindən sonra fevralın sonunda bitən il üçün ümumilikdə mənfəət proqnozlarını aşağı salıb. İnvestorlar bu yenilikdən razı qalmayıb.
«Zoominfo»nun səhmləri 14% ucuzlaşdı
«Zoominfo» satış və marketinq qrupları üçün bazar analitikası və əməkdaşlıq imkanı yaradan platformadır. Şirkətin öz həmkarları – analitiklər onun səhmlərinin aşağı düşəcəyini ehtimal etdilər və artı ehtimallar səslənən kimi səhmlər ucuzlaşmağa başladı.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.