Bu ilin yanvar-fevral aylarında “Unicapital İnvestisiya Şirkəti” ASC-nin əməliyyatlarının dövriyyəsi 526 milyon 419 min manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 36 milyon 992 min, dövlət istiqrazları üzrə dövriyyə 98 milyon 45 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 73 milyon 865 min manat, repo əməliyyatları üzrə dövriyyə 317 milyon 516 min manat təşkil edib. Səhm əməliyyatları olmayıb
Əməliyyat sayı isə 777 təşkil edib.
Əvvəlki illə müqayisədə korporativ istiqrazlar üzrə dövriyyə 65 milyon 52 min manat (8,4 dəfə) artıb.