«Samsung» smartfonları 2026-cı ilin ikinci rübündə qlobal smartfon bazarına növbəti dəfə «Apple»i geridə qoyaraq liderliyə yüksəlib.
“Samsung” Azərbaycanda Regional Mərkəz yarada bilər
FED.az xəbər verir ki, buna səbəb «Galaxy S26 Ultra» smartfonlarının uğur qazanması və sürətli satışı olub.
«Counterpoint Research» analitik şirkətinin yeni hesabatına görə, «Samsung» şirkəti 2026-cı ilin ikinci rübündə qlobal smartfon bazarında ilk yeri geri qaytararaq bir neçə ay əvvəl reytinqdə birinci yeri tutan «Apple» şirkətini geridə qoyub.
Araşdırmaya görə, qlobal smartfon bazarında «Samsung»un payı 24%-ə çatıb ki, bu da bütün smartfon istehsalçıları arasında ən yaxşı nəticədir. Analitiklər flaqman Galaxy S26 seriyasını artımın əsas hərəkətverici qüvvəsi kimi göstərirlər – mart ayında təqdim edilən «Galaxy S26 Ultra» ən uğurlu modelə çevrilib.
Bununla yanaşı, «Apple» mütləq baxımdan mövqeyini qoruyub saxladı. Şirkət ötənillə müqayisədə smartfon satışı 3% artırıb və rüblük bazar payını 20%-ə çatdırıb. «iPhone 17» isə yenidən ən çox satılan smartfon olub.
Analitiklər bildirir ki, «Samsung»un uğur qazanmasının səbəbi, daxili yaddaşın qiymətinin artmasına baxmayaraq «Galaxy S26 Ultra»nın qiymətinin sabit qalması olub. Bu da smartfonun güclü satışlarına imkan verib.
Lakin, payızda «iPhone 18» təqdimatından sonra vəziyyət dəyişə bilər.














