Azərbaycanda yüngül avtomobillər və ağır texnika üçün mühərrik və sürtgü yağlarının, akkumulyator və şinlərin, filtr və digər ehtiyat hissələrinin satışı ilə məşğul olan "Caspian Equipment Company" ASC 2025-ci ili 1,22 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 12,2 % çoxdur.
Ötən il "Caspian Equipment Company"nin vergiyəqədərki mənfəəti 1,525 milyon manat (əvvəlki ilə nisbətən 12,2 % çox), mənfəət vergisi ödəmələri isə 305 min manat (12,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Caspian Equipment Company"nin aktivləri 13,955 milyon manat olub ki, bu da illik müqayisədə 12,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 36,6 % artaraq 1,104 milyon manata, balans kapitalı isə 20 % artaraq 12,852 milyon manata çatıb.
Xatırladaq ki, "Caspian Equipment Company" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 min manatdır. Şirkətin səhmdarı 100 % Eldəniz Rüstəmovdur. (Report)














