Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 76,9 milyon ABŞ dolları olan yerli istehsal məhsulu idxal edib.
Ölkəyə ən çox valyuta gətirən meyvə-tərəvəz məhsulları – QİYMƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə Azərbaycan Gürcüstan məhsullarının tədarükünü 10,7% artırıb.
Azərbaycan 3,2% payla qonşu ölkənin yerli məhsul üzrə ixrac tərəfdaşlarının ilk onluğunda yeddinci yeri tutub.
İlk yarımildə Gürcüstandan ixrac olunmuş yerli məhsulların ümumi dəyəri 3,87 milyard ABŞ dolları təşkil edib, bu isə ötən ilin eyni göstəricisini 20% üstələyir.
Qonşu ölkənin ən çox ixrac etdiyi yerli məhsulların ilk onluğunda neft və neft yağları, qiymətli metal filizləri və konsentratları, ferroərintilər, mis filizləri və konsentratları, təzə üzüm şərabı, şəkərsiz təbii və ya süni mineral və qazlı sular, şəkər əlavə edilmiş mineral və qazlı sular, spirtli içkilər, azot gübrələri, emal edilməmiş və ya yarımemal edilmiş, yaxud toz şəklində qızıl yer alıb. (Apa)















