Bu ilin ilk yarısında Azərbaycandan xaricə 90 min 436,9 ton miqdarında 126 milyon 620,5 min dollar dəyərində pambıq lifi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 20 min 895,3 ton (30%), dəyər ifadəsi ilə 26 milyon 381,1 min dollar (26,3%) artıb.
Xatırladaq ki, 2025-ci ilin ilk yarısında Azərbaycandan xaricə 100 milyon 239,4 min dollar dəyərində 69 min 541,6 ton pambıq lifi ixrac edilmişdi.
Bu il xaricə satılan pambıq lifinin kiloqramının orta ixrac qiyməti 1,4 dollar və ya 2,38 manat olub.
Ötən il isə ixrac olunan pambıq lifinin kiloqramının qiyməti 1,44 dollar və ya 2,45 manat olmuşdu.
Bundan başqa, 2026-cı ilin birinci yarısında Azərbaycandan xaricə ümumi dəyəri 27 milyon 575 min dollar olan 12 min 296,3 ton pambıq ipliyi ixrac edilib. 2025-ci ilin ilk yarısı ilə müqayisədə bu məhsulun ixracı miqdar dəyər ifadəsində 14 milyon 676,6 min dollar (2,1 dəfə), miqdar ifadəsində 6 min 883,5 ton (2,3 dəfə) artıb.
Xatırladaq ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xaricə 12 milyon 898,4 min dollar dəyərində 5 min 417,8 ton pambıq ipliyi ixrac edilmişdi.
Bu il xaricə satılan pambıq ipliyinin orta ixrac qiyməti 2,24 dollar və ya 3,8 manat təşkil edib. Ötən il isə bu rəqəm 2,38 dollar və ya 4,05 manat olmuşdu.
Qeyd edək ki, Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracında pambıq lifi 6,7%, pambıq ipliyi isə 1,5% yer tutub.















