Azərbaycanda bu ilin birinci yarısının sonuna olan vəziyyətə görə 9 bank faizlərdən 100 milyon manatdan çox gəlir əldə edib.
Depozit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı faiz gəlirlərinin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, faizlərdən ən çox qazanan bank «Kapital Bank» və «ABB» olub. Bu banklar cari ilin ilk altı ayında faizlərdən müvafiq olaraq 630,7 milyon manat və 613,2 milyon manat gəlir əldə edib.
Ənənəvi olaraq bu bankları 287,7 milyon manat faiz gəliri ilə «PAŞA Bank» izləyib.
Yanvar-iyun aylarında faizlərdən «Bank Respublika» 159,2 milyon manat, «Unibank» 143,3 milyon manat gəlir əldə edib.
Siyahının altıncı yerində 141,3 milyon manat faiz gəliri ilə «Accesbank», yeddinci yerində 105,3 milyon manat faiz gəliri ilə «Bank of Baku» qərarlaşıb.
Faizlərdən ən çox pul qazanan sonuncu banklar «Xalqbank» və «Yelobank» olub. Bu banklar faizlərdən müvafiq olaraq 102,9 milyon manat və 101,7 milyon manat gəlir əldə ediblər.
Bundan başqa, 10 bank faizlərdən 10 milyon manatla 80 milyon manat arasında, 2 bank isə 2 milyon manatla 10 milyon manat arasında gəlir əldə edib.















