Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib.
FED.az xəbər verir ki, bu barədə icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, onların bazasında Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb.
Belə ki, icra başçısı Sevindik Hətəmovun 1 iyul 2026-cı il tarixli 114 nömrəli sərəncamına əsasən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib, onların bazasında Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb və müəssisənin Nizamnaməsi təsdiq olunub.
Daha sonra S.Hətəmov yeni yaradılmış Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC-nin rəisi vəzifəsinə təyin olunmuş Aqil Aslanovu kollektivə təqdim edib.














