Bu ilin birinci yarısında Azərbaycana xaricdən 3 min 420 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri gətirilib.
Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal olunan yük avtomobillərinin ümumi dəyəri 30 milyon 587 min dollar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən yük avtomobillərinin sayı 590 ədəd (14,7%), ümumi dəyəri isə 18 milyon 102 min dollar (37,2%) azalıb.
Xatırladaq ki, ötən ilin ilk yarısında ölkəyə 48 milyon 689 min dollar dəyərində 4 min 10 ədəd yük avtomobili gətirilimişdi.
Bu il gətirilən yük avtomobillərinin bir ədədinin orta qiyməti 8 min 943 dollar (15 min 203 manat) təşkil edib. Bu, ötən ilin birinci yarısında idxal olunan yük avtomobillərinin orta qiymətindən 3 min 199 dollar (5 min 438 manat) və ya 26,3%) daha ucuzdur. Belə ki, ötən il ölkəyə gətirilən yük avtomobillərinin bir ədədinin orta qiyməti 12 min 142 dollar (20 min 641 manat) olmuşdu.














