Azərbaycanın bank sektorunun liderlərindən olan «Kapital Bank» dünyanın ən nüfuzlu maliyyə nəşlərindən olan “Euromoney” tərəfindən təşkil olunan “Awards for Excellence” mükafatında iki nominasiya üzrə qalib olub.
FED.az biznes və maliyyə xəbələri portalı xəbər verir ki, “Kapital Bank” ölkə üzrə “Best Retail Bank”- "İlin ən yaxşı pərakəndə bankı" və "Best Digital Bank for SMEs"- “Kiçik və orta sahibkarlar üçün ən yaxşı rəqəmsal bank” nominasiyalarında mükafata layiq görülüb.
Xatırladaq ki, “Euromoney Awards for Excellence” maliyyə sektorunda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən bank və maliyyə institutlarının qiymətləndirildiyi beynəlxalq mükafatlardan biridir.
“Euromoney Awards for Excellence” çərçivəsində bu il Azərbaycan üzrə ilk dəfə təqdim olunan “Azerbaijan's Best Retail Bank” nominasiyası üzrə ilk qalib Kapital Bank olub.
Qeyd edək ki, «Kapital Bank» ölkənin ən böyük biznes maliyyə qruplarından olan «PAŞA Holding»ə daxildir. Bank ölkədə ən böyük filial şəbəkəsinə - 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir.















