Kriptovalyuta bazarında eniş davam edir.
FED.az xəbər verir ki, son 24 saat ərzində qlobal kriptovalyuta bazarının kapitallaşması 1,84% azalaraq 2,18 trilyon ABŞ dollarına enib.
Bazarın aparıcı kriptovalyutası olan Bitcoin 1,58% ucuzlaşaraq 63 507 ABŞ dollarına düşüb. “Ethereum”un qiyməti 3,45% azalaraq 1 851 ABŞ dollarına, BNB isə 1,43% geriləyərək 572 ABŞ dollarına enib.
Qızıl əsaslı rəqəmsal aktivlər də dəyər itirib. Tether Gold 1,12%, PAX Gold isə 1,16% ucuzlaşıb.
İlk onluqda ən çox dəyər itirən kriptovalyuta Zcash olub. Onun qiyməti son sutkada 5,04% azalıb. Monero isə 0,12% artımla müsbət dinamika göstərən azsaylı aktivlərdən biri olub.
Qeyd edək ki, kriptovalyuta bazarında satışların güclənməsinə investorların riskli aktivlərdən çıxması, ABŞ-da pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənliyin davam etməsi və mənfəət realizasiyasının artması təsir göstərir. Bu fonunda bazarda ehtiyatlı əhval-ruhiyyə üstünlük təşkil edir və Qorxu və Tamah İndeksi 32 bənd səviyyəsində qalır.















