Əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aidiyyəti dövlət orqanları (qurumları) arasında əlaqələndirilmə gücləndiriləcək.
İlham Əliyevdən işsizliklə mübarizə üçün mühüm - QƏRAR
FED.a xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
Qeyd olunub ki, əmək münasibətlərinin leqallaşdırılmasının gücləndirilməsi və əmək müqaviləsi əsasında çalışan şəxslərin sayının artırılması hədəflənib.














