Türkiyənin milli valyutası olan lirə xarici valyutalar qarşısında möhkəmlənməyə başlayıb.
FED.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 22: 05-də dollar lirə qarşısında 1,30% geriləyərək 6,34 lirə olub. ABŞ valyutasının bu gün müşahidə edilən ən yüksək kursu (saat 9:15-də ) 6,47 lirə olub.
Bu saatlarda Türkiyədə avro da ucuzlaşıb. Avropa valyitası lirəyə qarşı 1,05% dəyər itirərək 7,38 lirəyə düşüb. Halbuki, gündüz saatlarında bu göstərici 7,49 lirə olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.