Oktyabrın 14-dən 20-dək olan həftə ərzində dollara tələb kəskin artıb.
Hökumətin proqnozu: Dolların məzənnəsi 2028-ci ilədək dəyişməyəcək
FED.az xəbər verir ki, bunun səbəbi ABŞ-da faiz dərəcələrinin yüksəlməsi və güclü iqtisadi gözləntilərlə bağlıdır. Bu dövrdə investorlar dolların daha da bahalaşacağına inanaraq onu almağa üstünlük veriblər. Bu tendensiyanın arxasında duran amillərdən biri də qarşıdan gələn ABŞ seçkiləri ilə bağlı qeyri-müəyyənlikdir.
"Bloomberg" agentliyi "JPMorgan Chase" bankına istinadən bildirir ki, treyderlər dolların dəyərinin seçkilərə qədər artacağını düşünərək bazarda fəallığı artırıblar. Bu səbəbdən, dolların tələbində kəskin artım müşahidə olunub. Seçkilər yaxınlaşdıqca, treyderlərin dolların dəyərinə olan inamı da güclənib.
Yüksək faiz dərəcələri dolları daha cəlbedici edir, çünki investorlar daha yüksək gəlir əldə etmək üçün ABŞ aktivlərinə yatırım etməyi seçirlər. Nəticədə, dolların məzənnəsi digər valyutalarla müqayisədə artmağa davam edir.