BFB-dən FED.az-a verilən məlumata görə, hərrac zamanı 15 investordan qiyməti 99.3812 AZN (8.01%) ilə 99.3812 AZN (8.01%) arasında olan 27 sifariş daxil olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 426 milyon 145 min 700 manat olub.
Mərkəzi Bankın qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000 AZN təşkil edib.
Notların ödəmə tarixi 17.10.2018-ci ildir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.