İzmir Prokurorluğunda ABŞ-lı keşiş Endryu Branson-ın işini aparan prokuror Berkant Karakaya vəzifəsindən azad edilib.
FED.az türk mediasına istinadən xəbər verir ki, Karakaya İnformasiya Cinayətləri Bürosunda prokuror təyin edilib. Keşiş Endryu Bransonın işinə isə yeni bir prokurorlar baxacaq.
Bu xəbərin ardınca Türk Lirəsi Dollar qarşısında 1.14% dəyər qazanıb. Günorta saatlarında 6.70 səviyyəsinə qalxan ABŞ dolları hazırda bir qədər də geriləyib. Bakı vaxtı ilə saat 22: 57-ə olan məlumata görə, 1 dollar 6.58 lirəyə ticarət edilir.
Xatırladaq ki, amerikalı din xadimi Endryu Kreyq Branson FETÖ və PKK adına cinayət törətməkdə və casusluqda ittiham olunur. Bransonun 35 il azadlıqdan məhkum edilməsi istənilir.
Prokurorun dəyişməsi xəbəri lirəni bahalaşdırdı
23:06
5 Sen 2018