"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə yeni direktor təyin edilib.
FED.az xəbər verir ki, bu, Ceyhun Hacıyevdir.
O, yeni vəzifəsində Bəhruz Nağıyevi əvəz edib.
Xatırladaq ki, B.Nağıyev həm də “PAŞA Bank”ın Xəzinədarlıq Departamentinə rəhbərlik edirdi. O, bir qədər əvvəl Bankın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı təyin olunub.
Adları çəkilən hər iki maliyyə qurumu “PAŞA Holdinq” MMC-yə daxildir (report.az).