Həftənin son iş günündə Nyu-York birjasının indeksləri rekord həddə çatıb.
FED.az xəbər verir ki, «Dow Jones» indeksi 143,08 pillə və ya 0,58% artımla 24 651,74-ə, «Standard & Poor's in 500» indeksi 23,80 pillə və ya 0,90% artaraq 2 675,81 pilləyə yüksəlib.
«Nasdaq Texnologiya» indeksi isə 80,06 pillə və ya 1,17% artaraq 6 936,58 pilləyə çatıb. Nəticədə hər üç indeks həftəni tarixlərinin ən yüksək səviyyəsində tamamlayıb.
Birjadakı artımın səbəbi uğurlu statistik göstəricilər olub. Belə ki, bu gün açıqlanan məlumatlara əsasən, ABŞ-da sənaye hasilatı noyabr ayı ilə müqayisədə 0,2% artıb.
Nyu-York birjasında 3 tarixi rekord
12:55
16 Dek 2017