Bu ilin yanvar-sentyabr aylarında “MFX Trading İnvestisiya Şirkəti” QSC-nin birjadakı əməliyyatlarının həcmi 55,1 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin birja əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 115,2 milyon manat və ya 3,1 dəfə azalıb.
Birjadakı əməliyyatların 54%-ini təşkil edən repo əməliyyatlarının həcmi 56,5 milyon manat və ya 2,9 dəfə azalaraq 29,7 milyon manata düşüb.
Bundan başqa, şirkətin digər qiymətli kağızlar və istiqrazlar ilə ticarətində də geriləmə müçahidə olunub. Belə ki, Azərbaycan Mərkəzi Bankının qiymətli kağızları ilə aparılan əməliyyatların həcmi illik müqayisədə 25,5 milyon manat (2 dəfə) azalaraq 25,3 milyon manata düşüb.
Dövlət istiqrazları ilə ticarətin həcmi 2025-ci ilin ilk 9 ayında 32,7 milyon manat olduğu halda, bu il bu istiqrazlarla ticarət edilməyib. Korporativ istiqrazlar ilə dövriyyə isə kəskin azalaraq - 775 min manatdan 270 manata düşüb.
Şirkətin cəmi əməliyyatlarının sayı 62-dən 52-ə enib.














