FED.az xəbər verir ki, sentyabrın 17-də baş tutacaq hərracda 350 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, depozitlərin müddəti 14 gün, faiz dərəcəsi 8,01% – 9,99% aralığında müəyyən edilib.
Xatırladaq ki, Mərkəzi Bankın son depozit hərracında tələb 672,5 milyon manat olub. Həmin vaxt da 350 milyon manat cəlb edilib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.