Son günlər Azərbaycanda Dövlət İstiqrazlarının və Mərkəhi Bankın notlarının gəlirliliyinin aşağı düşməsi digər qiymətli kağızlara marağı kəskin artırıb. FED.az xəbər verir ki, tələbatın artdığı kağızlar arasında bir ay əvvəl buraxılan METAK istiqrazları da var. Xatırladaq ki, «METAK» şirkətinin məbləği 2 milyon manat olan istiqrazları Bakı Fond Birjasında yanvarın 29-da saiılmışdı. 1 illik müddətə manatla buraxılan «METAK» istiqrazlarınin nominal qiyməti 1000 manat, illik gəlirliyi 14% idi. Amma həmin vaxt Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının da gəlirliyi də yüksək olduğuna görə, investorlar daha etibarlı sayılan dövlət istiqrazlarına üstünlük vermiş, METAK istiqrazlarına isə maraq gözlənilən səviyyədə olmamışdı.
Eləcə də bax: «METAK»ın istiqrazlarını 3 investor alıb - MƏBLƏĞLƏR
Amma son günlər həm Dövlət İstiqrazlarının, həm də AMB-nin norlarının gəlirliyi kəskin azalıb. Bu kağızlar əvvəlki kimi illik 13-15% deyil, 8-9% gəlir gətirir. Nəticədə investorların diqqəti yenidən METAK istiqrazlarına yönəlib.
Şirkətin Maliyyə Analitikası və Planlaşdırama üzrə meneceri İsmayıl Hümbətov FED.az-a bildirib ki, son günlər istiqrazlara böyük maraq müşahidə olunur və onları almaq üçün investorlar tərəfindən çoxsaylı müraciətlər var. Tələbatın kəskn artması şirkəti yeni istiqraz buraxılışına həvəsləndirib: «Qərara almışıq ki, yeni istiqraz buraxılışı həyata keçirək. Bunun üçün bütün hazırlıqlarımız var. Əvvəlki istiqrazın buraxılışı zamanı lazım olan bütün işlər həyata keçirilib. Nəticədə indi sadəcə növbəti buraxılışı planlamaq qalır».
Eləcə də bax: SOCAR İstiqrazları bahalaşdı – TƏLƏBAT ARTIB – VİDEO
Yeni istiqraz buraxılışının həcmi və şərtləri açıqlanmasa da, İ.Hümbətov bildirib ki, böyük ehtimalla yeni istiqrazlar indiki faizlə buraxılmayacaq. Doğrudan da, bazardakı alətlərin gəlirlilik dərəcəsini (8-9%) nəzərə alanda METAK İstiqrazlarının vəd edəcəyi hətta 12-13%-lik gəlirlilik də investorlar üçün cəlbedici olacaq. Bir şərtlə ki, bu müddət ərzində bazarda kardinal dəyişikliklır baş verməsin.