İstanbul Fond Birjası (Borsa İstanbul) özünün kripto pul vahidi "BISTcoin" üzərində çalışır.
FED.az xəbər veri ki, bunu Birjanın İdarə Heyətinin Sədri və Türkiyə Aktivlər Fondunun (TVF) İcraçı Direktoru Himmet Karadağ bildirib.
Kripto valyutaların Birja İstanbulda əməliyyatının olub-olmayacağı sualına, Karadağ, "Ola bilər, amma mövcud kripto pullar deyil. Mövcud pullarda "dayaq" aktiv olmadığı üçün manipulyasiyaya açıqdırlar" deyib. Birja İstanbulun öz kripto pul vahidi "BISTcoin" üzərində çalışdığını deyən Karadağ, "Blockchain texnologiyasını istifadə edəcək və arxasında aktivi olan kripto pullar üzərində çalışırıq. Adı BISTcoin ola bilər" deyib.
İstanbul Birjası da bitkoin buraxacaq
14:54
14 Dek 2017