ABŞ prezidenti Donald Tramp İranla müharibə etmək fikrində olmadığını deyib.
FED.az xəbər verir ki, prezident bu barədə San-Diyeqo şəhərində jurnalsitlərə müsahibəsində bildirib. Hərçənd ABŞ prezidenti yaranmış vəziyyətlə bağlı bir neçə variant düşündüyünü açıqlayıb». Dərhal da dəqiqləşdioib ki, söhbət hərbi müdaxilədən getmir.
Eləcə də bax: Trampın atası və babası ABŞ-ın əmlak bazarını - NECƏ DƏYİŞDİLƏR?
Əvəzində Tramp öz sevimli üsulunu - sanksiyaları işə salacaq. Prezident Tvitterdə elan edib ki, ABŞ İrana qarşı sanksiyaları gücləndirəcək: «Xəzinə Nazirliyinə İrana sanksiyaları artırmaq göstərişini vermişəm».
Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən gərginlik, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya təşkil olunan hücumların ardından artıb. ABŞ, bu hücumların arxasında İranın olduğunu iddia edir.