İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 64 mln. manat və yaxud 40% artırılaraq 224 mln. manata çatdırılacaq.
FED.az-ın məlumatına görə, şirkətdəki mənbə bildirib ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 64 min ədəd yeni səhm buraxılacaq.
“Kapital artımı bir neçə aydır ki, planlaşdırılırdı. Amma bu ilin may ayında AİŞ-in rəhbərliyində dəyişiklik oldu, buna görə də proses bir qədər ləngidi. Artıq kotirovka sorğusu da keçirilib və “Unicapital” investisiya şirkətinin vasitəçiliyi ilə yeganə səhmdarımız olan və Azərbaycan dövlətinin adından çıxış edən Maliyyə Nazirliyi yeni səhmləri əldə edəcək”, - mənbə qeyd edib.
Qeyd edək ki, istənilən xarici və yerli şirkətlərin səhmlərini və digər qiymətli kağızlarını «PSG-Kapital» investisiya şirkətinin vasitəsilə əldə etmək olar.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.