18 yaşı olan hər bir şəxs artıq investisiya şirkətində hesab açaraq birjalarda alış və satış əməliyyatları həyata keçirə bilər.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən Kapital Bazarı : Əsas Prinsiplər və Fundamental Biliklər adlı seminarda "Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin Tədris və analitika departamentinin baş mütəxəssisi Rövşən Məmmədov məlumat verib .
BFB: Bu il daha bir şirkətin səhm buraxılışı həyata keçiriləcək
Öz çıxışında marja ticarəti haqqında danışan baş mütəxəssis qeyd edib ki, "Bugün mən sizə marja ticarəti haqqında məlumat verəcəyəm. Marja ticarəti nədir ümumiyyətlə? Yəni, biz danışdıq yatırımcıdan, pulu olan investor hansı istiqamətlərdə yatırım edə bilər? Burada dövlət istiqazları, korporativ istiqazların da adı çəkildi və s. Amma kiçik yatırımcılara gəldikdə onlara daha tez təmas edə bilən, onları daha çox maraqlandıra bilən ilk xidmətlərdən biri elə marja ticarəti ola bilər ki, daha kiçik kapitallı investorlar da birbaşa elə az yaşlarından təcrübə qazana bilsinlər. Qeyd edim ki, 18 yaşı olan hər bir şəxs artıq investisiya şirkətində hesab aça bilər və ilk təcrübəsini bu şəkildə dənəyə bilər.
Şirkətimiz yeni başlayanlara təlim hesabı təqdim edir. Yəni, bizim burada real investisiya hesabı açılışından ömcə təlim hesabımız təqdim olunur. Marja ticarəti üçün demo hesabın açılması vacibdir. Təlim hesabı açılmasına gəlincə, sadə bir qeydiyyat yolu ilə təlim hesabı, başqa sözlə desək demo hesab aktivləşdirilir və dünyada baş verən siyasi, iqtisadi proseslərin dünya alətlərinə, yəni bizim maraqımızda olan əmtəələr olsun, şirkət səhimləri olsun, valyuta qiymətləri olsun və son dönəmin en populyar alətlərindən olan kriptoların qiymətlərinə təsir amillərini biz bu şəkildə əvvəlcədən proqnozlaşdıra bilirik ki, qiymətlər necə dəyişir, növbəti dönəmdə qiymət hansı istiqamətə gedə bilər?".
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.