Bu il Azərbaycanda daha bir şirkət kütləvi səhm buraxılışı həyata keçirəcək.
Dövlət Neft Fondunun səhm portfeli üzrə əldə etdiyi gəlirlərin həcmi - MƏLUM OLUB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosasiyasının təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən Kapital Bazarı: Əsas Prinsiplər və Fundamental Biliklər adlı təlimdə Bakı Fond Birjasının listinq şöbəsinin baş məsləhətçisi Fərhad Mansurov məlumat verib.
O qeyd edib ki, "Keçən il Azərbaycan Beynəlxalq Bankı ABB kütləvi səhm buraxılışı həyata keçirtdi, bu il isə yeni bir şirkət bu prosesi həyata keçirəcək. Kütləvi səhm buraxılışı bu ilin üçüncü rübündə olacaq".
Hansı sektorda fəaliyyət göstərən şirkət tərəfindən bu prosesin həyata keçiriləcəyi hələlik açıqlanmır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.