Avqustun 26-da Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Qeyd edək ki, istiqraz buraxılışının anderrayteri ölkənin aparıcı investisiya şirkəti olan “İNVEST-AZ İnvestisiya şirkəti” QSC -dir.
FED.az xatırladır ki, hərracda “GL” ASC-nin 400 min manatlıq isteqrazı yerləşdirilib. Satışa çıxarılan istiqrazların sayı 400 ədəd, hər birinin nominal qiyməti 1000 manat təşkil edib.
Manatla buraxılan istiqrazlar illik 15% gəlir təqdim edir.
Hərrac nəticəsində istiqrazlara aid 1 investor tərfiindən 1 sifariş daxil olub və bütün istiqrazlar yerləşdirilib. İstiqrazlar üzrə faizlər hər ay ödəniləcək. 5 iillik müddətə buraxılan istiqrazları bundan sonra yalnız təkrar bazarda əldə etmək mümkün olacaq.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
“GL” ASC |
Dövlət qeydiyyat nömrələri – İSİN |
AZ2029020289 / AZ2030020286 |
İstiqrazların növü və forması |
İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması |
Kütləvi/Birqiymətli |
İstiqrazların hər birinin sayı |
400 (ədəd) |
İlkin ticarət qiymətləri |
1,000 manat |
İstiqrazların hər birinin buraxılış həcmləri |
400,000 manat |
Hərrac qiymətləri |
1,000 manat |
İllik gəlirlilik faizləri |
15% |
İstiqrazların hər birinin reallaşdırılmış həcmləri |
400,000 manat |
İstiqrazların hər birinin sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) |
400,000 manat |
Hər birinin investor sayı |
1 |
Hər birinin sifariş sayı |
1 |
Ödəmə Periodları |
Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) |
Tədavül müddətləri |
5 il |
İstiqrazların ödəmə tarixləri |
26.08.2029 |
Anderrayter |
“İNVEST-AZ İnvestisiya şirkəti” QSC |