Bu ilin yanvar-avqust aylarında "Assist Finance" İnvestisiya Şirkətinin əməliyyatlar üzrə dövriyyəsi 3,08 milyard manatdan 2,51 milyard manata düşüb.
FED.AZ biznes xəbər portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, dövriyyədəki azalma təxminən 571,5 milyon manat və ya 18,5% təşkil edib.
Bununla belə, əməliyyatların sayı 1 272-dən 1 389-a yüksəlib.













