Hal hazırda bitcoinin qiyməti 17.000$ civarındadır.
Bu cür inanılmaz göstəricilər və həmin göstəricilərin yaratdıqları ajiotaj təsadüfi insanların maraqlarını bu sahəyə yönləndirir. Həmin insanlar isə yavaş-yavaş ağıllarını itirirlər. Əgər sizin risk edə biləcəyiniz əlavə pulunuz yoxdursa, analitiklər sizə çox güman ki, haqqında səthi biliklərə sahib olduğunuz sahələrə pul vəsaitinin yatırılmasının mənasız olduğunu söyləyəcəklər. Hətta bu sahənin professionalları belə, rəqəmsal portmanata edilmiş hacker hücumları və digər səbəblərə görə külli miqdarda pul itiriblər.
Lakin həmin analitik və mütəxəssislərə kim qulaq asır? Amerikanın CNBC kanalı bildirib ki, öz yeganə evlərini girov qoyaraq bitcoin almaq üçün kredit götürən bir sıra investorlar peyda olub. Digərləri isə bitcoin alışı üçün öz kredit kartlarından istifadə edirlər. İnvestorların Şimali Amerika assosiasiyasının (NASAA) prezidenti Joseph Borg bu kriptovalyuta ətrafında olan dəlisovluqdan danışıb.
Borg-un sözlərinə əsasən fyuçerslərin bitcoinlə hərracına start verilməsi kriptovalyutanı maliyyə trendinə keçirdir. Bu o demək deyil ki, kriptovalyuta hansısa dəyərə sahib oldu və sabahkı gündə o partlamayacaq. Həmçinin o qeyd edib ki, bu kriptovalyuta hələki heç cür tənzimlənmir. Belə ki, heç kim bunun necə ediləcəyini bilmir. O belə bir nəticəyə gəlib ki, bitcoinin əsasında duran blockchain texnologiyası yox olmayacaq. Lakin bitcoinin, özünə bu cür qeyri-sağlam marağın təzyiqinə dözə biləcəyi sual altındadır.
Evlərini girov qoyub bitkoin alanlar var
16:14
13 Dek 2017