Bu gün investorların diqqət mərkəzində olan əsas xəbərlər TCMB-nin faiz qərarı, Amerikanın əmək bazarında işsizlik müavinətləri və sənaye sektoru ilə bağlı önəmli statistik göstəricilər olacaqdır.
Türkiyədə bir həftəlik repo faiz dərəcəsi azaldılmaqda davam edilərsə, bu lirənin daha da ucuzlaşmasına səbəb ola bilər. Çərşənbə günü ölkə prezidentinin faizlərin daha da azaldılmalı olduğuna dair açıqlamalarından sonra USD/TRY məzənnəsi 11TL-yə yüksəlmişdir.
Foreks bazarlarında dollar indeksinin yüksəlməsi, kriptovalyuta birjalarında bitkoinin də korreksiyasına səbəb olur. Burada növbəti artım dalğası üçün investorlar 66 min dollar müqavimətin qırılmasını gözləyirlər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.