İranda bitkoinin qiyməti rekord həddə çatıb.
FED.az xəbər verir ki, son iki gün ərzində qonşu ölkədə bitkoin əvvəlcə 24 min dollara, bu gün isə 35 min dollara yüksəlib.
Xatırladaq ki, hazırda birjalarda bitkoinin qiyməti 6500 dollar ətrafındadır. Başqa sözlə İranda bitkoin dünya qiyməti ilə müqayisədə təqribən 6 dəfə artıqdır.
İranda bitkoinin belə baha olmasının səbəbi bu ölkədəki qanunvericilikdir. Bir qədər əvvəl İranda qəbul rəqəmsal valyutaların mayninqi ilə bağlı qanun qəbul edilib və bu qanunda bitkoin istehsalı sənaye fəaliyətinə aid edilib. Amma hələlik məsələnin maliyyə tərəfi ilə bağlı büğün normativlər təsdiqlənməyib.
Paralel olaraq İrand yerli valyuta sürətlə ucuhlaşdığına görə, insanlar vəsaitlərini nisbətən etibarlı və likvid (dərhal satıla bilən) aktivlərə yatırmaq istəyirlər.
Ona görə də bu ölkədə kriptovalyutalar, o cümlədən BTC sürətlə bahalaşır. «CryptoCompare»nin məlumatına görə, bü gün yerli birjalarda hərrac zamanı bitkoinin qiyməti 1,504 milyard riala (35 600 dollara) yüksəlib, sonra isə 21 min dollaradək ucuzlaşıb. İranda Ethereum da sürətlə bahalaşaraq 1000 dolları keçib.
Qeyd edək ki, son bir neçə ayda İranın milli valyutası 3 dəfəyədək ucuzlaşaraq 1 dollar üçün 42 min rialdan 120 min riala düşüb. ABŞ-da İran arasında davm edən gərginlik səbəbindən İran valyutasının nə vaxt sabitləşəcəyi naməlumdur.
«Mən bitkoin, hətta Ethereum almağa başlamışam, çünki inanmıram ki, İran Mərkəzi Bankı vəziyyətdən çıxış yolu tapacaq»-deyə İrandan olan bitkoin investorlarından biri bildirib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir