Bitcoin çılğınlığı ən çox Yapon investorların marağını çəkir
Bitcoin "şarının" sürətlə böyüməsinin arxasında orta yaşlı yaponların olduğu ortaya çıxdı.
FED.az xəbər verir ki, Almaniyanın Döyçe Bankının (Deutsche Bank) qlobal strateqi Masao Murakiy-ə görə, bu ilin oktyabr və noyabr aylarında həyata keçirilən Bitcoin əməliyyatlarının 40%-ində Yapon yeni istifadə edilib.
Əksəriyyətini kişilər təşkil etdiyi yapon investorlar, tənzimləyici qurumların Çindəki Bitcoin birjalarını bir-biri bağlamalarından sonra kriptovalyutanın gələcəyinə istiqamət verən qrup olublar.
Eyni zamanda, dekabrında keçirilən Bitcoin əməliyyatlarının 32%-i ABŞ dolları,12%-i isə Koreya vonu ilə həyata keçirilib.
Dünyanın ən böyük kripto pul vahidi olan Bitcoin, oktyabr ilə noyabr ayları arasında 127 faiz bahalaşıb. İlin əvvəlində 1.000 dollardan satın alınan bir Bitcoin, bu il dollar qarşısında dəyərini 1655 faiz artırıb.
Bitkoinin böyük sərmayəçisi məlum oldu
13:10
15 Dek 2017