Dünya kriptovalyuta bazarında yenidən kütləvi bahalaşma qeydə alınıb.
FED.az xəbər verir ki, martın 19-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 94-ü bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 605 dollar və ya 7,9% bahalaşaraq 8221 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 1370 dollar və ya 14,2% ucuzlaşıb.
Etheriumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 22 dollar və ya 4,3% bahalaşaraq 533 dollar olub.
Son həftə ərzində isə Etherium 192 dollar və ya 24,4% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Status-da(33,95%), ən çox ucuzlaşma isə TenX-da(7,10%) müşahidə olunub.
Bitkoin 600 dollar bahalaşdı – QİYMƏTLƏR
09:29
19 Mart 2018