Bakı Fond Birjasından FED.az -a daxil olmuş məlumata görə, 2017-ci il yanvar-sentyabr ayları üzrə, "Unicapital İnvestisiya Şirkəti" ASC 4,3 milyard manat dövriyyə ilə birinci olub.
İkinci yerdə 4,1 milyard manat dövriyyə ilə “Paşa Kapital İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə isə 1,4 milyard manat dövriyyə ilə "AzFinance İnvestisiya Şirkəti" QSC-dir.

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" QSC Törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir