"Bakı Fond Birjası” QSC-nin (BFB) dayanıqlı inkişafını təmin etmək məqsədilə səhmdarların növbədənkənar ümumi yığıncağının qərarı əsasında səhmlərin nominal dəyəri bölüşdürülməmiş mənfəət hesabına 200 manatdan 800 manata qaldırılıb.
BFB-dən FED.az-a bildirilib ki, səhmlərin nominal dəyərinin artması nəticəsində Bakı Fond Birjasının nizamnamə kapitalının dəyəri 1 milyon 260 min manatdan 5 milyon 40 min manata yüksəlib.
Qeyd edək ki, hazırda BFB-nin 20 səhmdarı mövcuddur.