Bu gün Bakı Fond Birjasında (BFB) Dünya Bankının dövlət qiymətli kağızlar bazarının inkişafı üzrə işçi qrupu ilə görüş keçirilib.
Fed.az BFB-yə istinadən xəbər verir ki, görüşdə xarici qonaqlara birjanın fəaliyyəti, dövlət qiymətli kağızlarının ticarətində istifadə olunan qabaqcıl texnalogiyalar və metodologiyalar haqqında ətraflı məlumatlar verilib.
Bundan əlavə, tərəflər “Azərbaycanın Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarət Sonrası və Nəzarət Sistemi”nin (CETA) imkanları və perspektivləri, dövlət qiymətli kağızları və pul bazarı alətlərinin ticarəti üçün yaratdığı qabaqcıl imkanlar, eləcədə dövlət qiymətli kağızlarının inkişafı və likvidliyin artırılması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparıblar.
Bakı Fond Birjasında Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
18:48
8 Dek 2017