Səhmdarlar aylıq dividendlərinin verilmədiyini, üstəlik onlara məxsus səhmlərin qat-qat ucuz qiymətə satılması üçün təzyiq edildiyini iddia edirlər.
Bu həftə səhmləri ən çox bahalaşıb-ucuzlaşan – 100 ŞİRKƏT, SİYAHI (12-16 fevral, 2024)
Azərbaycanın tütün şirkəti QSC formasından imtina edir
FED.az xəbər verir ki, söhbət Bakıda yerləşən "European Tobacco - Baku" şirkətindən gedir.
Səhmdarların sözünə görə, onlar əvvəllər Bakı Tütün Kombinatının işçiləri olublar. 1999-cu ildə onlara, Kombinatın bazasında yaradılan "European Tobacco - Baku" şirkətininin səhmləri verilib.
Vətəndaşlar iddia edir ki, hazırda şirkət rəhbərliyi səhmləri ucuz qiymətə almaq istəyir. Üstəlik onlara ötən müddət ərzində dividend də verilməyib.
İddiaçılar bildirir ki, səhmdarlara verilməli olan dividendlərin faizi də azaldılıb.
"European Tobacco - Baku" ASC-dən səslənən iddialara münasibət bildirilib.
Şirkətdən dividendlərin az olmasını belə izah ediblər. (Xezerxeber.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.