Kapital Bazarlarında Yeni İnvestisiya İmkanı: 16% İllik Gəlir
5 Milyon Manatlıq İstiqraz Emissiyası
Azərbaycanın aparıcı maliyyə qurumlarından olan “Troni İnvestisiya Şirkəti” daha bir şirkətin istiqrazlarının anderrayteri olub.
FED.az xəbər verir ki, yeni istiqraz emissiyasını həyata keçirən şirkət borcların idarə olunması və problemli kredit portfellərinin bərpası sektorunda fəaliyyət göstərən təşkilatlardan biri olan “KollektA” ASC-dir. Şirkət investorlar üçün cəlbedici gəlirlilik imkanları təqdim edib. Belə ki, şirkət ümumi həcmi 5 milyon manat olan bu emissiya ilə yerli kapital bazarında investisiya portfelini diversifikasiya etmək istəyən həm fərdi, həm də institusional investorlar üçün maraqlı investisiya imkanı yaradıb.
Qeyd edək ki, istiqrazların anderrayteri “Troni İnvestisiya Şirkəti”dir.
İstiqrazların şərtləri aşağıdakı kimidir:
- İllik kupon faizi: 16%;
- Kupon ödənişi: hər ay bir dəfə (hər ay 30 gün və il 360 gün əsas götürülməklə);
- Tədavül müddəti: 18 ay;
- Təkrar bazar: “Troni İnvestisiya Şirkəti” investorlar üçün yüksək səviyyəli xidmət göstərmək məqsədilə istiqrazlar üzrə aktiv təkrar bazar və market-meykinq xidməti təqdim edir. Bu xidmət sayəsində investorlar istiqrazlarını istədikləri zaman və istədikləri həcmdə təkrar bazarda tam likvid şəkildə sata və ya ala biləcəklər.
Buraxılacaq istiqrazların baza emissiya prospekti Mərkəzi Bank tərəfindən təsdiq edilmişdir.
Cəlb edilən vəsait hara yönəldiləcək?
Şirkətin inkişaf strategiyasının əsasını perspektivli debitor borc portfellərinin satın alınması təşkil edir. Portfellərin əldə edilməsi şirkətə öz portfelini sürətlə böyütmək və uzunmüddətli yığım potensialını artırmaq imkanı yaradır. Bu məqsədlə şirkət cəlb olunacaq vəsaitlərin əsas hissəsini yeni portfellərinin satın alınmasına yönəltməyi planlaşdırır. Cəlb ediləcək investisiyalar yalnız portfelin genişləndirilməsinə deyil, həmçinin komandanın böyüdülməsinə, texnoloji imkanların artırılmasına və yığım proseslərinin daha effektiv təşkilinə yönəldiləcək. Şirkətin hədəfi portfel həcmini, yığım imkanlarını və şirkətin bazardakı mövqeyini davamlı şəkildə artırmaqdır.
Şirkət haqqında
Xatırladaq ki, 180-dən çox əməkdaş tərəfindən peşəkar şəkildə idarə olunan “KollektA” şirkəti ölkə daxilində müxtəlif sektorlarda fəaliyyət göstərən bizneslərə borcların səmərəli yığılması və bərpası üzrə peşəkar, innovativ və texnologiyaya əsaslanan xidmətlər təqdim edir. Müştəri məmnuniyyətini əsas götürərək müasir idarəetmə modelləri və texnoloji həllər vasitəsilə dayanıqlı nəticələr əldə etməyə fokuslanır, innovativ yanaşmasıla şirkətlər üçün etibarlı tərəfdaş olmağı hədəfləyir. Şirkət 1000-dən çox aktiv gəlirli müqaviləyə və 98% müştəri məmnuniyyətinə sahibdir.
Uğurlu maliyyə göstəriciləri
“KollektA” ASC 2025-ci ilin sonuna 9,6 milyon manat aktivlərə və 2,9 milyon manat kapitala malikdir. Cari il üzrə şirkətin məcmu gəliri 2,9 milyon manata çatmışdır ki, bu da öz növbəsində artmış bazar payını əks etdirir. Dövr ərzində şirkət 42% mənfəətlilik marjası və 62% EBITDA marjası göstərmişdir. Bu göstəricilər müvafiq olaraq sənaye üzrə “Benchmark” olan 20% mənfəətlilik marjası və 35% EBITDA marjasından kifayət qədər yüksəkdir













