Ölkənin aparıcı investisiya şirkətlərindən olan «Troni İnvestisiya Şirkəti»nin 2026-cı ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında dövriyyəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən illə müqayisədə şirkətin ayrı-ayrı alətlər üzrə dövriyyəsində ciddi artım baş verib.
Belə ki, Mərkəzi Bankın qiymətli kağızları üzrə əməliyyatlar 108 dəfə, korporativ istiqrazlarla əməliyyatlar 29 dəfə, səhmlərlə əməliyyatlar isə 72% artıb.
Bununla yanaşı, repo əməliyyatlarının həcminin azalmasına görə, əməliyyat dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə aşağı düşüb.
Beləliklə, 2026-cı ilin ilk 8 ayında Troni İnvestin BFB-də dövriyyəsi 192 milyon 803 min manat olub, bu əvvəlki illə müqayisədə 64% azdır.
ARMB qiymətli kağızlarında kəskin artım
Bu il «Troni İnvest»in ARMB qiymətli kağızları üzrə dövriyyəsində çox böyük artım baş verib. 2025-ci ilin ilk 8 ayında bu istiqamətdə əməliyyatların həcmi cəmi 497 min 216 manat idi. 2026-cı ilin yanvar-avqustunda isə göstərici 53 milyon 734 min 798 manata yüksəlib.
Beləliklə, ARMB qiymətli kağızları üzrə dövriyyə təxminən 53,24 milyon manat və ya 108 dəfə artıb.
Korporativ istiqrazlarda 29 dəfə artım
«Troni İnvest»in korporativ istiqrazlarla əməliyyatlarında da çox böyük artım qeydə alınıb.
2025-ci ilin yanvar-avqustunda şirkətin korporativ istiqraz dövriyyəsi 1 milyon 107 min 668 manat idi. 2026-cı ilin eyni dövründə göstərici 32 milyon 228 min 740 manata yüksəlib.
Artım 31 milyon 121 min manat və ya təxminən 29 dəfə 2 810% təşkil edib. Başqa sözlə, Troni İnvestin korporativ istiqraz dövriyyəsi bir il ərzində təxminən 29 dəfə artıb.
Səhm əməliyyatları dövriyyəsində ciddi artım
Şirkətin səhm bazarındakı fəaliyyəti də genişlənib.
2025-ci ilin yanvar-avqustunda Troni İnvestin səhm əməliyyatlarının həcmi 3 milyon 975 min 659 manat təşkil edib. 2026-cı ilin eyni dövründə isə bu rəqəm 6 milyon 839 min 236 manata yüksəlib. Beləliklə, səhm dövriyyəsi 72% artıb.
Əməliyyatların sayı 60% artıb
Bu il «Troni İnvest»in ümumi dövriyyəsi azalsa da, əməliyyatlarının sayı artıb.
2025-ci ilin ilk 8 ayında şirkət üzrə 4 325 əməliyyat qeydə alınmışdı. 2026-cı ilin eyni dövründə əməliyyatların sayı 6 907-yə yüksəlib. Bu, 2 582 əməliyyat və ya təxminən 60% artım deməkdir.
Əsas yenilik - dövriyyənin strukturu dəyişib
Bu il baş verən əsas dəyişiklik «Troni İnvest»in dövriyyənin strukturunun dəyişməsidir.
Ötən ilin ilk 8 ayında şirkətin 529 milyon manatlıq ümumi dövriyyəsinin 522 milyon manatı repo əməliyyatlarından formalaşırdı. Yəni repo ümumi dövriyyənin təxminən 98,6%-ni təşkil edirdi. Repodankənar əməliyyatlar isə cəmi 7 milyon manat idi.
2026-cı ildə isə repo əməliyyatları 100 milyon manata düşüb və ümumi 192,8 milyon manatlıq dövriyyənin təxminən 51,9%-ni təşkil edib.
Əvəzində ARMB qiymətli kağızlarının payı təxminən 0,1%-dən 27,9%-ə, korporativ istiqrazların payı isə 0,2%-dən 16,7%-ə yüksəlib.
Yəni şirkətin repodan kənar əməliyyatları 13 dhəfə artaraq 92 milyon manatı keçib.
Başqa sözlə, «Troni İnvest»in ümumi dövriyyəsi azalsa da, əməliyyatların strukturu əvvəlki illə müqayisədə ciddi şəkildə şaxələnib.
«Troni İnvest» üzrə ümumi mənzərə
|
İstiqamət |
2025 yanvar-avqust |
2026 yanvar-avqust |
Dəyişiklik |
|
ARMB qiymətli kağızları |
0,497 mln |
53,735 mln |
+10 707% |
|
Dövlət istiqrazları |
1,958 mln |
– |
- |
|
Korporativ istiqrazlar |
1,108 mln |
32,229 mln |
+2 810% |
|
Səhmlər |
3,976 mln |
6,839 mln |
+72,0% |
|
Repo |
521,948 mln |
100,000 mln |
−80,8% |
|
Ümumi dövriyyə |
529,487 mln |
192,803 mln |
−63,6% |
|
Əməliyyat sayı |
4 325 |
6 907 |
+59,7% |













