Dünən “FOMC” üzvləri Klevlend FED-in sədri Loretta Mester, Kanzas Siti FED-in sədri Ester George və St.Luis FED-in sədri Cim Bullardın çıxışlarında FED-in monetar siyasətinə dair şahin mesajlar gözləyən bazar iştirakçılarının gözləntilərinin qarşılığını almaması səbəbilə dollar indeksi bir qədər gerilədi.
Bu gün Almaniyada, Avrozonada, İngiltərə və Amerikada həm sənaye həm də xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzindəki əsas xəbərlər olacaq. Bu gün həmçinin “FOMC”-un son toplantısının protokolları da dərc olunacaq.
Ötən həftənin cümə axşamından etibarən dəyər itirən qızıl hazırda dünya birjalarında 1734 dollardan təklif olunur. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 1730 dollar həddinin altına düşsə, 1705 dollaradək ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.