13 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2114024709 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
"BOA Agency" şirkətinin səhmlərinə 2 investor tərəfindən 2 sifariş - TƏQDİM EDİLİB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,796.5585(8.9 %) manat və 9,821.2532 (7.8 %) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,820,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,802.1597 (8.65%)manat və orta ölçülmüş qiyməti isə 9,813.3926 (8.15%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 05.10.2023-cü ildir.
252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
13 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2116024707 dövlət qeydiyyat nömrəli 60 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9285.0511 (11 %) manat və 9407.3378 ( 9%) manat olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,250,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9285.0511(11%) manat, orta ölçülmüş qiyməti isə 9348.6150 (9.95%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 48,250,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 21.03.2024-cü ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.