5 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında "BOA Agency" ASC-nin AZ1001025407 dövlət qeydiyyat nömrəli 86 000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
“Ferrum Kapital” investorlardan 13%-lə borc alır - MƏBLƏĞ, HƏRRAC TARİXİ
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 2 investor tərəfindən 1 manat qiymətindən 2 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 86 000 manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 86 000 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.