Bitcoini 2018-ci ildə nə gözləyir, bu sual yəqin ki, bir çoxları üçün hələ də müəmma olaraq qalır. Kimlərsə onun birdən birə ucuzlaşacağını bəziləri isə əksinə bu kriptavalyutanın pul tarixində yeni bir era açdığını düşünürlər. Bəs əslində kriptavalyuta nədir sabun köpüyü yoxsa həqiqi pul.
Azərbaycanlı ekspertlər bu barədə nə düşünür?
İqtisadçı ekspert Samir Əliyev hələ 2009-cu ildən bitcoini izlədiyini bildirdi. Ekspertin fikrincə bitcoin istənilən ölkənin iqtisadiyyatı üçün böyük təhlükədir. “Mən bitcoin-ə pul vahidi kimi yox, əmtəə kimi baxıram”deyə ekspert bildirib. O bitcoinin növbəti illərdə bahalaşmayacağını düşündüyünü söylədi. Fikrimcə bu “köpük” yaxın gələcəkdə bir çox investorlara ziyan vura bilər. Samir Əliyev, iqtisadçıların və beynəlxalq təşkilatların bu məsələyə skeptik yanaşdıqlarını bildirdi. Hesab edirəm ki, bitcoin günlərin bir günü birdən-birə ucuzlaşacaq deyə ekspert bildirib.
Lakin heç də bütün azərbaycanlı ekspertlər belə düşünmür. Belə ki, iqtisadçı ekspert Vüqar Bayramlı istənilən halda bitcoinin virtual valyuta erasının başlanğıc olduğunu bildirdi. Bu kriptavalyutanın gələcək taleyinə gəlincə isə o bitcoinin gələcəyinin iki senari üzrə ola biləcəyini bildirib. İlkin senariyə görə bitcoinin son 1 il ərzində 17 dəfə bahalaşması ciddi narahatlıq yaradır. Belə ki, bitcoinin növbəti illərdə də durmadan bahalaşacağı təqdirdə onun köpük olması öz əksini tapacaq. Lakin növbəti 6 ay ərzində qiymətin stabil qalacağı təqdirdə bu pul vahidi özünün doğrultmuş olacaq deyə Vüqar Bayramlı bildirib.
Əcnəbi ekspertlər bitcoinin taleyi haqqında nə deyir ?
Blokçein proyektinin yaradıcısı Yevqeni Qlariantov bitcoinlə bağlı açıqlaması zamanı bildirib ki, bitcoin bazarda qızılın virtual analoqu kimi çıxış edir. Onun fikrincə elə bu faktor da bu kriptavalyutanın qiymət artımına səbəb olur. İnvestorlar üçün bitcoin hazırda kriptavalyutalar arasında ən etibarlı saxlanc yeridir. Hazırda bir çox investorlar məhs bitcoinin qiymət dəyişkənliyində qazanmağa çalışırlar deyə o bildirib. Yevqeni Qlariantov-un fikrincə Bitcoinin qiyməti yaxın iki ildə 100 min dollara çatabilər.
Blockchain.ru şirkətinin həmtəsisçisi Dimitri Maçukanın fikrincə bitcoin 40 min dollar olacaq. Onun fikrincə bitcoinin Koreya birjasına çıxışı həmçinin bitcoin fyuçerslərinin ABŞ və Yaponiyada işə düşməsi institusional investorların bazara çıxmasına səbəb olacaq. İnstitusional investorlar bazarda böyük pul kütləsinə malikdirlər hansı ki, bununla da bazarı idarə edirlər. Bu investorlar hələ uzun müddət gözə görünməz qəpikləri bazarda saxlaya biləcəklər deyə o bildirib.
Amerika Mərkəzi Bankının sədri Janet Yellen də Bitcoinin spekulyativ olduğunu bildirib. Fed sədri: "Bitcoin hazırda ödəmə sistemlərində çox kiçik bir rol oynayır. Stabil bir dəyər mənbəyi yoxdur, müəyyən bir zəmanəti yoxdur, olduqca spekulyativ bir aktivdir. Tənzimləyicisi yoxdur. Bankların, tənzimləyicilərin bu bazardakı iştirakçılarla, məxfilik və çirkli pul yuma qanunlarının pozulmadığından əmin olmaları lazımdır",- deyə o qeyd edib.